Günəş sistemi planetləri

Planetlər Günəş ətrafında hərəkət edir. Onlar Günəşdən müxtəlif məsafədə yerləşirlər. Planetlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
  • Neptun – səthinin temperaturu -218 °C-yə qədər enir. Qazlardan təşkil olunmuşdur. Günəş ətrafında tam dövrəni 164 Yer ilinə başa vurur. 14 peyki var. Onlardan ən böyüyü Tritondur.
  • Uran – səthinin temperaturu -214 °C-yə çatır. 84 Yer ilinə Günəş ətrafında dövr edir. Səmada göy rəngdə görünür. Bu, planetin metan qazı ilə əhatə olunması ilə əlaqələndirilir. 27 peyki var. Ən böyüyü Titandır.
  • Saturn – sətrafındakı halqalar qaz, buz və daş parçalarından ibarətdir. Səmada asanlıqla seçilir. Səthin temperaturu -178°C-dir. 62 peyki var. Roma mifologiyasına görə, əkinçilik tanrısıdır. Bu planetdə bir ilin uzunluğu təqribən 29 Yer ilidir. Saturnda günün uzunluğu 10 saat 14 dəqiqədir

Davamı →

Günəş sistemindəki ən dərin uçurum: Verona Rupes

27 peyki və çox incə halqası olan Uran planeti, öz-özlüyündə Günəş Sistemini xatırladır. Böyüklüyündən əlavə, ovsunlayıcı və əsrarəngiz bir sistemə malikdir. Uranın 5 böyük peykindən ən kiçiyi olan Miranda, bu ovsunlayıcı diyarın ən təəccüblü fərqini ortaya qoyur.
 
16 Fevral 1948-ci ildə Gerard Kuiper tərəfindən kəşf edilən, Günəş Sistemindəki heç bir göy cisminə bənzəməyən və bu xüsusiyyəti ilə digərlərindən fərqlənən 470 km. radiusa malik Miranda haqqında hələ çox dəqiq məlumatlara sahib deyilik. Qeyri-adi səthi və quruluşu ilə, bu qəribə peyk Günəş Sisteminin ən maraqlı peyklərindən biridir. Mirandanı xüsusi edən bir çox fərqlilik olmasına baxmayaraq, onun şöhrətini artıran ən əhəmiyyətli xüsusiyyəti; Günəş Sisteminin ən dərin uçurumuna ev sahibliyi etməsidir.
Davamı →

Planetlərin peykləri

Əvvəllər Günəş sistemində olan cismlərin peykləri haqqında yerüstü teleskopların köməyilə aparılmış müşahidələrin nəticələri əsas götürülürdü. indi kosmik gəmilər Plutondan başqa qalan planetlərin çox yaxınlığından keçərək həmin sistemlərdə olan təbii peyklər haqqında dəqiq mə'lumat vermişdir. Qeyd etmək lazımdır ki, Günəşə yaxın iki planetin Merkuri və Veneranın peyki yoxdur. Yerin yeganə peyki isə Aydır və onun dövretmə müddəti 27,32 sutkadır. Yerdən Aya qədər məsafə dəyişir, orta hesabla bu qiymət 384000 kmdir. Ayın radiusu 1738 km, kütləsi Yerinkindən 81 dəfə azdır.

1877-ci ildə ABŞ alimi A.Xoll tərəfindən Marsın iki peyki kəşf olundu. Qədim Yunan əfsanəiərində Mars müharibə Allahının adı olduğundan onun insanlara bəxş etdiyi də qorxu və dəhşətdir. Bu səbəbdən də Qırmızı planetin peyklərini Fobos və Deymos adlandırdılar. Marsın peyklərinin ölçüləri çox kiçikdir: onları ellip­soidal formada (yumurta kimi) hesab etsək Fobos 14x11x10 km, Deymos isə 8x6x6 km ölçülərə malikdir.


Ardı →

Geosentrik və heliosentrik sistem

XVI əsrin ortalarınadək planetlərin görünən hərəkətlərinə aid çoxlu müşahidə materialları toplanmışdı. Bu müşahidələrdən məlum olmuşdur ki, planetlərin görünən hərəkətlərində əsas istiqamət qərbdən şərqə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq sağdan sola tərəfdir. Bu istiqamətdə olan hərəkət düz hərəkət adlanır. Zaman keçdikcə düz hərəkət yavaşıyır, sonra planet sanki dayanır, az sonra planetin hərəkəti şərqdən qərbə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq soldan sağa tərəf olur. Belə hərəkət tərs hərəkət adlanır.


Ardı →

Yerin Günəş ətrafında hərəkəti

Yerin Günəş ətrafında hərəkət etdiyi orbit yolunun uzunluğu 940 mln km-dir O, bu yolu saniyədə 29,8 km hərəkət etməklə tam dövrünü 365 gün 5 saat 48 dəqiqə 46 saniyə başa vurur. Buna il deyilir. Sadə olsun deyə qalıqlar toplanaraq 4 ildən bir (366 gün) fevral 29-dan uzun il yaranır. Yalnız Yerin coğrafi qütblərində Yeni ilin gəlməsini 24 dəfə qeyd etmək olar.


Ardı →

Günəş sistemi

Kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 mln-larla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sistemlərdən biri bizim yaşadığımız yer planetinin daxil olduğu günəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteroid daxildir. Komet və meteroidlər daha kiçik səma cisimləridir. Meteroidlərin — asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir.
Günəş yerə ən yaxın ulduz olub, aralarında orta məsafə 150 mln km -dir. Günəş 70% hidrogendən, 29% heliumdan ibarətdir Günəşin mərkəzində temperatur +20mln C0, səthində isə 6000 C0-dir. Saniyədə 300 min km sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin atmosferi 3 qatdan-fotosfer, xromosfer və günəş tacından ibarətdir.


Ardı →